ADİU ilə ilə Böyük Britaniyanın “TransTech Capital LLP” şirkəti arasında anlaşma memorandumu imzalanıb - FOTOSESSİYA

ADİU ilə ilə Böyük Britaniyanın “TransTech Capital LLP” şirkəti arasında anlaşma memorandumu imzalanıb - <span style="color: red;">FOTOSESSİYA
# 22 iyun 2015 07:05 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ilə Böyük Britaniyanın “TransTech Capital LLP” (TTK) şirkəti arasında anlaşma memorandumu imzalanıb.

ADİU marketinq və kommunikasiya departamentindən APA-ya bildirilib ki, sənəddə ADİU-nun Texnologiya Transfer Mərkəzində nümunə texnologiya transfer funksiyasının yaradılması nəzərdə tutulub.

TTK Tərəfdaşı Saymon Roberson bildirilib ki, TTK ADİU-ya özünün əqli mülkiyyəti olan layihənin hazırlanması, reallaşması, kommersiyalaşdırılması və bu kimi digər proseslərlə bağlı yardım etməyə hazırdır: “Biz ADİU-ya əqli mülkiyyətin kommersiyalaşdırılması strategiyası ilə bağlı kömək göstərməyə çox şadıq. Azərbaycan həqiqətən də imkanlar ölkəsidir. ADİU kimi bir təhsil ocağının gücünü və hökumətin Avropa Oyunları kimi bacarıqlarını inkişaf etdirilməsinə investisiya qoymasını nəzərə alaraq, bu gənc dövlətin potensialına öz əlavəmizi etmək imkanına malik olmağımıza görə məmnunluq duyuruq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR