Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi doğuş zamanı baş verən ana və uşaq ölümlərinə münasibət bildirib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi doğuş zamanı baş verən ana və uşaq ölümlərinə münasibət bildirib
# 18 iyul 2014 15:01 (UTC +04:00)

Komitənin sədri Hicran Hüseynova APA-ya açıqlamasında bildirib ki, hazırda bu məsələyə dövlət səviyyəsində diqqət çox böyükdür.

Onun sözlərinə görə, ölkədə “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”ı qəbul olunub və sənəddə bu kimi halların qarşısının alınması üçün tədbirlər əksini tapıb.

H. Hüseynova vurğulayıb ki, proqrama cəlb olunan Səhiyyə Nazirliyi komitə ilə birgə ana və uşaq ölümlərinin qarşısının alınması istiqamətində çox ciddi işlər aparacaq: “Bunlardan biri də qadınların arasında maariflənmə işləridir. Bizim əsas problemimiz odur ki, ucqar rayonlarda qadınların maariflənməsini yüksəltməliyik. Məqsədimiz qadınları öz sağlamlığı haqqında geniş formatda maarifləndirməkdən ibarətdir”.

H. Hüseynova hazırda komitə tərəfindən sözügedən faktların qarşısının alınması üçün müəyyən işlər görüldüyünü də bildirib: “Bütün bölgələrdə bu məsələləri diqqət mərkəzində saxlayırıq, bölgələrdə dəyirmi masalar keçiririk, insanlarla görüşürük. Çalışırıq ki, həmin bölgələrdə yaşayan tanınmış yaşlı qadınları da dəvət edək ki, onlar gənc qadınlarla iş aparsınlar, məsləhətlər versinlər”.

Ana və uşaq ölümlərinin səbəbinə gəlincə, komitə sədri qeyd edib ki, bu kimi hallar gənc qadınlar arasında maariflənmə səviyyəsinin aşağı olması ilə bağlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR