Ailə Məcəlləsinə dəyişikliklər təklif olunub - VİDEO

Ailə Məcəlləsinə dəyişikliklər təklif olunub - <span style="color: red;">VİDEO
# 16 sentyabr 2014 11:02 (UTC +04:00)

APA-nın məlumatına görə, iclasda Ailə Məcəlləsinə təklif olunan dəyişikliklər, o cümlədən nikaha daxil olanların tibbi arayış təqdim etməsi məsələsi müzakirəyə çıxarılıb.

Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli çıxış edərək bildirib ki, bu məsələ uzun zaman gündəmdə olsa da, müzakirəyə çıxarılması müxtəlif səbəblərdən ləngiyib. O qeyd edib ki, nikaha daxil olanlarda ailə sağlamlığı üçün zərərli xəstəliklər aşkar olunması zamanı ailə fərdlərinin hüquqlarının nəzərə alınması, arayış verilərkən həkimin məsuliyyətinin tam müəyyənləşdirilməsi və sair məsələlər artıq dəqiqləşib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də layihə barədə məlumat verib. Ailə Məcəlləsinin 13-cü maddəsində müxtəlif bəndlərə edilən dəyişikliyə əsasən nikaha daxil olmaq istəyənlər tibbi müayinədən keçəcəklər və bununla bağlı müvafiq icra hakimiyyəti orqanına (nikahı bağlayan) tibbi arayış təqdim edəcəklər.

Nikaha daxil olmaq istəyənlərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailə planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış üzrə dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçiriləcək.

Nikaha daxil olmaq istəyənlərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış da veriləcək. Bu arayış şəxslərin yalnız tibbi müayinədən keçmə faktını təsdiq edir, orada tibbi müayinənin nəticələri əks olunmur və nikaha daxil olmaq barədə müvafiq icra hakimiyyəti orqanına verilən ərizəyə əlavə olunur. Həmin orqanların vəzifəli şəxsləri nikaha daxil olmaq istəyənlərdən tibbi müayinənin nəticələrini tələb edə bilməzlər. Çünki, bu həkim sirridir.

Dəyişikliklərdə həm də qeyd olunub ki, tərəflərdən biri cinsi əlaqə vasitəsilə keçən xəstəliklərdən birinin və immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını digərindən gizlətdikdə, həmin tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.

Layihə komitələr tərəfindən Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR