Akademik Məmməd Arifin 110 illik yubileyi münasibətilə sərgi keçirilib

Akademik Məmməd Arifin 110 illik yubileyi münasibətilə sərgi keçirilib
# 16 iyul 2014 16:31 (UTC +04:00)

Bakı – APA. AMEA Mərkəzi Elmi Kitabxanasında akademik Məmməd Arifin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş sərgi təşkil edilib. Kitabxanadan APA-ya verilən məlumata görə, sərgidə ədibin həyat və yaradıcılığını əks etdirən ədəbiyyat, kitablar nümayiş olunub.

“Əsərləri”, “Redaktoru olduğu əsərlər”, “Tərcümələri” və s. bölmələr üzrə kitablar, o cümlədən M. Arifin haqqında yazılan əsərlər və dövrünü əks etdirən kitablar da nümayiş etdirilib.

Nümayiş olunan 200-ə yaxın ədəbiyyat həm ənənəvi, həm də virtual olaraq Azərbaycan, rus, Şərqi və Qərbi Avropa dillərində təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR