Ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün 102 002 abituriyent sənəd verib

Ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün 102 002 abituriyent sənəd verib
# 20 may 2013 12:06 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. 2013/2014-cü tədris ili üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 102 002 abituriyent sənəd verib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, onlardan 92 523-ü Azərbaycan, 9 479-u isə rus bölməsinin məzunlarıdır.

Sənəd verən 102 002 abituriyentdən 37 360-ı I, 23 313-ü II, 29 182-si III, 12 147-si isə IV ixtisas qrupunda təhsil almağı seçiblər. Hazırda Sənəd Qəbulu Komissiyalarından da TQDK-ya sənədlər daxil olur, müvafiq hesablamalar aparılır. Yaxın günlərdə ali məktəblərə qəbul imtahanında iştirak edəcək abituriyentlərin sayı barədə dəqiq məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR