AMEA-da "Qadın və inkişaf" mövzusunda konfrans keçirilib - FOTO

AMEA-da "Qadın və inkişaf" mövzusunda konfrans keçirilib - <span style="color: red;">FOTO
# 27 sentyabr 2013 10:48 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Qadın və inkişaf" mövzusunda konfrans keçirilib.

APA-nın xəbərinə görə, konfransın məqsədi cəmiyyətin sosial-iqtisadi və mədəni-mənəvi inkişafında qadınların iştirakı və rolunun müxtəlif aspektlərini müzakirə etmək, bu istiqamətdə fikir mübadiləsi aparmaq olub. Konfransda AMEA-nın prezidenti Akif Əlizadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova da iştirak edib. H. Hüseynova çıxışında qadınların cəmiyyətdəki rolu, qloballaşan dəyərlər kontekstində yeri, Azərbaycan dövlətçiliyinin inkişafından bəhs edib.

Daha sonra AMEA prezidenti A. Əlizadə "Qadınlar dövlətin, dövlətçiliyin, müstəqilliyin dayağıdır" mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, hazırda respublika üzrə elmi işçilərin 53, 6 faizini qadınlar təşkil edir: "AMEA-nın 7 elmi tədqiqat müəssisəsinin rəhbəri qadındır. bundan əlavə akademiyanın elmi müəssisələrindəki struktur bölmələrə, şöbə və laboratoriyalara rəhbərlik edənlərin də xeyli hissəsi cəmiyyətdə nüfuz qazanan qadın alimlərdən ibarətdir. Yüksəkixtisaslı kadr hazırlığı sahəsində də gənc xanımlar kifayət qədər fəallıq nümayiş etdirirlər. AMEA-da 600-ə yaxın doktorantın 304 nəfəri gənc xanımlardır”.

Tədbirdə həmçinin Botanika İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü İradə Hüseynova "Azərbaycanda elmin inkişafında qadınların rolu", AMEA Fəlsəfə, Sosiologiya, və Hüquq İnstitutun şöbə müdiri Rəna Mirzəzadə "Müasir Azərbaycanda gender siyasəti", AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı Şərəf Cəlili "Milli-mənəvi dəyərlərimizin qorunması və inkişafında qadınların rolu" mövzusunda çıxışlar ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR