AMEA-da fənlərarası tədqiqatlara həsr olunmuş beynəlxalq yay məktəbi yekunlaşıb

AMEA-da fənlərarası tədqiqatlara həsr olunmuş beynəlxalq yay məktəbi yekunlaşıb
# 13 sentyabr 2014 13:51 (UTC +04:00)


Bakı-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutunda fənlərarası tədqiqatlara həsr olunmuş beynəlxalq yay məktəbi yekunlaşıb.

İnstitutdan APA-ya verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə institutun alimləri ilə yanaşı, Fransanın Nitsa Sofiya Antipolis Universiteti (Universite Nice Sophia Antipolis), Şərq Dilləri və Sivilizasiyaları Milli İnstitutunun (İnalco – İnstitut National des Langues et Civilisations Oientales) tədqiqatçıları da məruzə ilə çıxış ediblər.

Fəlsəfə və ictimai fikir tarixi şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru, əməkdar elm xadimi Zümrüd Quluzadə çıxışında islam regionunda və Azərbaycanda fəlsəfə və fəlsəfə tarixi tədqiqatlarının aktual problemlərinə toxunub.

Rusiya Pyotr Akademiyasının müxbir üzvü, fəlsəfə üzrə elmlər doktoru, professor Əbülhəsən Abbasovun məruzəsi mürəkkəblik fəlsəfəsi postneoklassikanın metonəzəri əsasi mövzusunu əhatə edib.

Fransız alimlərindən professor Xavier Latour dünyada baş verən terror aktlarına qarşı mübarizə üsullarından danışıb.

Tədbirin davamında mövzular ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR