AMEA-da Heydər Əliyevin hakimiyyətə gəlməsinin 45-ci ildönümünə həsr olunmuş elmi konfrans keçirilib - FOTOSESSİYA

AMEA-da Heydər Əliyevin hakimiyyətə gəlməsinin 45-ci ildönümünə həsr olunmuş elmi konfrans keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 14 iyul 2014 10:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 45-ci ildönümünə həsr olunmuş elmi konfrans keçirilib. APA-nın xəbərinə görə, tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə çıxış edərək bildirib ki, Azərbaycan 1969-cu ilə kimi SSRİ-nin tərkibində geridə qalan ölkələrdən biri idi, 45 il öncə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan dövlətinin inkişafının təməli qoyulub.

A. Əlizadə qeyd edib ki, Ümummilli lider hakimiyyətə gələrkən ölkənin gələcək inkişafının proqramını ortaya qoyub və bunun icrası istiqamətində mühüm işlər görüb: “O, Azərbaycanı bugünkü firavan həyata gətirib çıxarıb. Bu gün ölkəmiz ildən-ilə inkişaf edir, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir”.

Tədbirin davamında AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli”Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəqil dövlətçilik idealları və müasirlik”, Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov “Görkəmli dövlət xadimi Heydər Əliyev və Azərbaycan nefti” və digərləri məruzə ilə çıxış ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR