AMEA-nın ümumi illik yığıncağı aprelin 3-cü ongünlüyündə keçiriləcək

AMEA-nın ümumi illik yığıncağı aprelin 3-cü ongünlüyündə keçiriləcək
# 19 mart 2013 12:53 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının ümumi illik yığıncağı aprelin 3-cü ongünlüyündə keçiriləcək. Bunu APA-ya açıqlamasında AMEA Rəyasət Heyətinin akademik-katibi Vaqif Fərzəliyev deyib.

Onun sözlərinə görə, aprelin 27-də AMEA RH-nin iclası keçiriləcək. İclasda Akademiyanın ümumi illik yığıncağı ilə bağlı məsələlər müzakirə ediləcək. AMEA prezidentinin Akademiyanın ümumi illik yığıncağında seçilməsi məsələsi də hələlik açıq qalıb.

V.Fərzəliyev ümumi illik yığıncaqda AMEA-nın 2012-ci ildəki fəaliyyətinə dair hesabatın təqdim olunacağını, qalan məsələlərin isə yaxın günlərdə dəqiqləşəcəyini deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR