AMEA-nın vitse-prezidenti: “Dərsliklərin təkmilləşməsinə və dəyişilməsinə ehtiyac var”

AMEA-nın vitse-prezidenti: “Dərsliklərin təkmilləşməsinə və dəyişilməsinə ehtiyac var”
# 25 iyun 2013 09:59 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Zaman, cəmiyyət inkişaf etdikcə dərsliklərin təkmilləşməsinə daima ehtiyac duyulur. İndiki halda bizim dərsliklərin dəyişilməsinə ehtiyac var”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, dərsliklər təkmilləşdirilərkən köhnə sovet dərsliklərindən qalma bəzi motivlər yenilənməlidir: “Dərsliklərin içərisində müəlliflərin dünyagörüşündən irəli gələn elmi tədqiqatlarla əlaqədar olaraq yenilənməyə ehtiyac var. Dərsliklər müasir dövrün tələbələrinə uyğunlaşdırılmalıdır. Dərsliklər sadələşdirilməlidir, çünki indi çox mürəkkəbdir, hətta bəzi dərsliklər ali məktəb səviyyəsindədir. Məncə bunu bacara biləcək yetərli müəlliflər heyətimiz var. Bu istiqamətdə Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası uyğun iş aparır. Bu dərsliklərin daha da təkmilləşməsinə, yeniləşməsinə, Azərbaycan məktəbinə uyğunlaşmasına təkan verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR