AMEA Geologiya İnstitutu yeni elmi-tədqiqat avadanlıqları alıb 

AMEA Geologiya İnstitutu yeni elmi-tədqiqat avadanlıqları alıb 
# 01 avqust 2013 13:48 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu yeni elmi-tədqiqat avadanlıqları alıb. AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Yaponiya istehsalı olan “Rigaku Miniflex 600” markalı cihaz rentgen faza analizi, ABŞ-dan alınmış “İCP-MS 7700” isə element tərkibinin analizi üçün mükəmməl imkanlara malikdir. Bunlardan əlavə, instituta nümunələrin analizə hazırlanması üçün Almaniyadan kompleks avadanlıq “HERZOG” və ionsuzlaşdırılmış su hazırlamaq üçün xüsusi qurğu “PURELAB Option – Q” də gətirilib.

Bütün bu elmi-texniki avadanlıqlar hazırda Geologiya İnstitutunun “Analitik Cihaz və Avadanlıqlardan Kollektiv İstifadə Mərkəzi”ndə istifadə olunur. Mərkəzin rəhbəri Nazim Sadıqov bildirib ki, yeni laborator cihazlar dövlətin maliyyə vəsaiti hesabına əldə olunub. Yaxın gələcəkdə institutun elmi-texniki bazasının digər yeni avadanlıqlarla daha da gücləndirilməsi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR