AMEA Geologiya və Geofizika İnstitutu ilə ABŞ-ın Massaçusets Texnologiya İnstitutu arasında Memorandum imzalanıb - FOTO

AMEA Geologiya və Geofizika İnstitutu ilə ABŞ-ın Massaçusets Texnologiya İnstitutu arasında Memorandum imzalanıb - <span style="color: red;">FOTO
# 11 sentyabr 2014 16:39 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) və ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MTİ) Yer, Atmosfer və Planetar Elmlər Bölməsi arasında beynəlxalq anlaşma Memorandumu imzalanıb. Bununla əlaqədar AMEA-nın Rəyasət Heyətində MTİ-nin “Şərqi Aralıq dənizi və Qafqazın geodinamikası” layihəsinin rəhbəri, dr. Robert Reilingerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

AMEA-dan APA-ya verilən xəbərə görə, AMEA prezidenti, akademik Akif Əlizadə qonaqları salamlayaraq MTİ ilə 1998-ci ildәn mövcud olan әlaqәlәrdən söz açıb. O bildirib ki, indiyə qədər geodinamika vә seysmologiya sahәlәrindә mühüm müştәrәk tәdqiqatlar aparılıb, Azərbaycan әrazisindә GPS (qlobal yertәyinetmә sistemi) stansiyaları vә müşahidә mәntәqәlәri quraşdırılıb. Yerin tәkindә baş verәn proseslər alimlәr tәrәfindәn xüsusi GPS peyk sistemi vasitәsilә izlәnir, önәmli mәlumatlar әldә edilir vә tәhlil olunur. Bu istiqamәtlәrdә kadr hazırlığı mәqsәdilә akademiyanın gәnc әmәkdaşları MTİ-dә tәcrübә kurslarına da cәlb olunub. Hazırda әmәkdaşlığın uğurlu inkişafı әlaqәlәrin vә sәmәrәli nәticәlәrin daha da genişlәndirilmәsinә imkan yaradıb. Memorandum bu imkandan irәli gәlәn birgә tәşәbbüsdür.

Daha sonra R. Reilinger seysmik baxımdan aktiv zonalar olan Qafqaz vә Xәzәrdә aparılmış birgә tәdqiqatların uğurlu nәticәlәrindәn qısaca bәhs edib vә bu sahәdә Azərbaycan alimlәri ilә әmәkdaşlıqdan mәmnunluğunu dilə gətirib. O, tәdqiqatları daha müasir tәcrübә vә üsullarla davam etdirmәyi vә laboratoriya formatında cәmlәşdirmәyi mәqsәdәuyğun hesab edib.

İmzalanan Memorandumda “Geodeziya və geodinamika laboratoriyası” adlı müştərək beynəlxalq laboratoriyanın yaradılması nәzәrdә tutulur. Məqsəd Böyük Qafqazda vә digər aktiv tektonik zonalarda təhlükəli geoloji proseslərin tədqiqatını davam etdirməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR