AMEA Mərkəzi Elmi Kitabxanası Rusiyadan miniatür kitablar alıb - FOTO

AMEA Mərkəzi Elmi Kitabxanası Rusiyadan miniatür kitablar alıb - <span style="color: red;">FOTO
# 16 sentyabr 2014 07:33 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası beynəlxalq əlaqələrini genişləndirməkdə davam edir. Kitabxanadan APA-ya verilən məlumata görə, dünyanın fərqli elm ocaqları və kitabxanaları ilə əlaqələr quraraq 60-dan çox ölkə və 700-ə yaxın təşkilatla kitab mübadiləsi həyata keçirən Mərkəzi Elmi Kitabxana müxtəlif dərgilər, dəyərli vəsaitlərlə kitab fondunu zənginləşdirir. Bu yaxınlarda əlaqələrin davamı olaraq Rusiyada fəaliyyət göstərən Degostini kampaniyası ilə əlaqə saxlayan Mərkəzi Elmi Kitabxana kampaniyanın məhsulu olan miniatür kitabları əldə etmək üçün oranın üzvü olub. Əldə olunan razılaşmaya əsasən kampaniya dünya ədəbiyyatının şedevrləri silsiləsindən 20 ədəd miniatür kitabı kitabxanaya göndərib. Göndərilən kitabların içərisində F.Dostoyevskiy “İqrok”, A.İ.Qersenin “Kto vinovat?”, A.K.Tolstoyun “İzbrannoe”, S.T.Aksakovun “Semeynaya xronika”, D.İ.Fonzivinin “Briqadir”, İ.S.Turqenevin “Zapiski oxotnika”, A.İ.Kuprinin “Poedinok”, İ.S.Turqenevin “Zapiski oxotnika”, A.Fransın “Vostanie anqelov”, M.Qorkinin “Meşane” və s. müəlliflərin əsərləri yer alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR