AMEA Rəyasət Heyətinin mükafatının sahibləri məlum olub

AMEA Rəyasət Heyətinin mükafatının sahibləri məlum olub
# 14 fevral 2018 15:21 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin mükafatının sahibləri məlum olub.

APA-nın xəbərinə görə, akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında bildirilib ki, elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətlə bağlı müsabiqə təşkil edilib. Müsabiqəyə ayrı-ayrı şəxslər və kollektivlər tərəfindən 22 iş təqdim edilib.

Rəyasət Heyətinin qərarına əsasən riyaziyyat elminin təbliğinə həsr olunmuş elmi və elmi-populyar əsərlərinə görə AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov və həmin institutun Elmi texniki informasiya şöbəsinin müdiri, professor Ramiz Aslanov mükafata layiq görülüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR