Astarada “Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır” mövzusunda konfrans keçirilib - FOTO

Astarada “Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır” mövzusunda konfrans keçirilib - <span style="color: red;">FOTO
# 30 iyul 2014 16:23 (UTC +04:00)

Astara. Ağəddin Babayev - APA. İyulun 30-da Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə Astarada dini və mənəvi dəyərlərin qorunması, qadağan olunan dini təriqətlərin təbliğatının qarşısının alınması istiqamətində maarifləndirmə işlərinin müasir səviyyəsində aparılması ilə bağlı “Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır” mövzusunda konfrans keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, yerli din xadimlərinin, hüquq-mühafizə orqanları əməkdaşlarının, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan DİN-in Baş İctimai Təhlükəsizlik idarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov ölkəmizin dini və milli tolerantlıq baxımından qonşu dövlətlər arasında liderlik etdiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda bütün dinlərə və digər millətlərə mənsub olan toplumlara tarixən tolerant münasibət bəslənilib. Bu isə respublikamızın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri ilə bağlı olan məsələdir. DİN-in rəsmisi radikal yönümlü təriqətlər, sektalar, müxtəlif icmalar və ayrı-ayrı şəxslər tərəfindən dini ayrı seçkilik və ədavətin salınmasının, dözümsüzlük ideyalarının yayılmasının yolverilməzliyi, belə halların qarşısının alınması məqsədilə təmsil etdiyi qurum tərəfindən görülən işlərdən danışıb, məsələnin daim diqqət mərkəzində saxlanıldığını diqqətə çatdırıb.

Astara Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Adil Həsənov isə çıxışında rayon ərazisində hər bir şəxsin konstitusion hüquq və azadlıqlarının, o cümlədən dini etiqad və əqidə azadlığının tam təmin olunduğunu, qanunvericilik aktlarının tələblərini pozanlara qarşı isə ciddi mübarizə tədbirlərinin aparıldığını bildirib.

Konfransda çıxış edən digər natiqlər Azərbaycanda dini sahədə maarifləndirmə işi ilə bağlı bu cür tədbirlərin əhəmiyyətini qeyd ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR