Astarada yol polisi reyd keçirib - FOTOSESSİYA - VİDEO

Astarada yol polisi reyd keçirib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 01 avqust 2015 11:26 (UTC +04:00)

Astara. Ağəddin Babayev – APA. Astara Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları ötən axşam gün rayonun istirahət mərkəzlərinə yaxın ərazilərdə qaydaları pozan sürücülərin aşkarlanması məqsədilə reyd keçirib.

Astara DYPB-nin baş müfəttişi İlqar Rəhimzadənin APA-nın cənub bürosuna verdiyi məlumata görə, əsasən rayonun Kələdəhnə kəndi yaxınlığında keçirilən reyd zamanı baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısını almaq, hərəkətin təhlükəsizliyini təmin etmək və hüquq pozuntusuna yol verən sürücüləri aşkarlamaq məqsədilə 100-ə yaxın nəqliyyat vasitəsi saxlanılıb. Onlardan 20-si barəsində inzibati qaydada protokol tərtib edilib.

Reyd zamanı maraqlı anlar da yaşanıb. Polis toydan gələn ailənin hərəkət etdiyi nəqliyyat vasitəsini saxlayarkən, sürücünün həyat yoldaşı "Toydan gələn içki içər də" - deyib vəziyyətdən çıxmaq istəyib.

Digər bir sərxoş sürücü isə sənədlərini təqdim etmək əvəzinə, DYPB əməkdaşının özünü təqdim etməsinə baxmayaraq ondan sənəd tələb edib.

Məsuliyyətdən kənarda qalmağa çalışan daha bir sürücü saxlama əmrini eşitmədiyi üçün hadisə yerindən uzaqlaşmağa çalışsa da, istəyinə nail ola bilməyib.

Protokollar əsasən, spirtli içki qəbul etdiyi halda nəqliyyatın idarə olunması, təhlükəsizlik kəmərinin bağlanmaması, sürücülük vəsiqəsinin olmaması, maşının ön oturacağında uşağın oturdulması, texniki baxışdan keçməmək, avtomobillərə əlavə avadanlıqların quraşdırılması ilə bağlı yazılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR