Avrasiya Universitetlər Birliyinin prezidenti Bakı Ali Neft Məktəbində olub

Avrasiya Universitetlər Birliyinin prezidenti Bakı Ali Neft Məktəbində olub
# 05 avqust 2015 07:44 (UTC +04:00)

Bakı - APA. Avrasiya Universitetlər Birliyinin (EURAS) prezidenti, Türkiyənin İstanbul Aydın Universitetinin təsisçisi professor Mustafa Aydın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Bakı Ali Neft Məktəbində (BANM) olub və Ali Məktəbin rektoru Elmar Qasımovla görüş keçirib.

BANM-dan APA-ya verilən məlumata görə, BANM-in rektoru Elmar Qasımov qonaqlara BANM-in fəaliyyəti, üç il ərzində əldə etdiyi nailiyyətləri, beynəlxalq əlaqələri və BANM-də tədris prosesinin təşkili haqqında ətraflı məlumat verib. Rektor BANM-də dünya standartlarının tələblərinə cavab verən yüksəkixtisaslı ingilisdilli mütəxəssislər hazırlandığını qeyd edib. E. Qasımov həmçinin, BANM-də təhsil və təlim prosesində beynəlxalq standartların tətbiqinə dair verilən xüsusi önəmdən və tələbələr üçün istehsalat təcrübəsinin təşkilindəki müxtəlif beynəlxalq şirkətlərinin rolundan bəhs edib.

O, BANM-in Avrasiya Universitetlər Birliyinə üzv olan universitetlər ilə müxtəlif istiqamətli layihələr çərçivəsində əməkdaşlıq etməyə maraqlı olduğunu bildirib.

Öz növbəsində, EURAS-ın prezidenti, professor Mustafa Aydın rəhbərlik etdiyi qurum haqqında geniş məlumat verib. M. Aydın EURAS-ın 2008-ci ildə İstanbulda təsis edildiyini və Avropa, Asiya və Yaxın Şərq regionlarından olan 80-dən artıq universiteti özündə birləşdirdiyini qeyd edib. Professor EURAS-ın həyata keçirdiyi layihələr, üzv universitetlər arasında mübadilə proqramları, birgə elmi tədqiqatlar, nəşrlər, professor-müəllim və tələbə heyətinin mübadiləsi, təqaüdlü proqramlar, yay təcrübəsi və məktəbləri haqqında ətraflı danışıb. Bundan başqa M.Aydın EURAS-ın birləşdirdiyi universitetlər arasında işbirliyinin gücləndirilməsini və yeni layihələrin həyata keçirilməsinin nəzərdə tutduğunu bildirərək, BANM ilə də gələcəkdə bu istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Görüşün sonunda tərəflər arasında gələcək əməkdaşlıq imkanları və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR