Avropa Məhkəməsində Azərbaycandan olan hakimin seçilməsi ilə bağlı şərtlər açıqlanıb

Avropa Məhkəməsində Azərbaycandan olan hakimin seçilməsi ilə bağlı şərtlər açıqlanıb
# 26 sentyabr 2014 12:55 (UTC +04:00)

Məhkəmə-Hüquq Şurasından APA-ya verilən məlumata görə, namizədlər fərdi qaydada və ya şəxsən irəli sürülə bilər.


Namizədlər hüquqşünas olmalı, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə malik olmalı, Avropa Şurasının rəsmi dillərindən birini (ingilis və ya fransız) sərbəst, digərini isə kafi səviyyədə bilməlidirlər.


Məhkəmə-Hüquq Şurasına namizədlər barədə məlumat 2014-cü ilin oktyabr ayının 15-dək təqdim edilməlidir.


Namizədliyin irəli sürülməsi barədə müraciət şəxsən, poçt, yaxud Şuranın İnternet səhifəsi vasitəsilə (www.jlc.gov.az) elektron qaydada edilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR