Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb
# 15 sentyabr 2014 12:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu il avqust ayının 1-nə Azərbaycan əhalisinin sayı 9540,4 min nəfərə çataraq, ilin əvvəlindən 63,3 min nəfər və ya 0,7% artıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 110 nəfər olub. Hazırda hər 1000 nəfər kişiyə 1011 nəfər qadın düşür. Əhalinin ümumi sayının 53,2 faizi şəhər, 46,8 faizi kənd sakinləridir.

Bu ilin yanvar-iyul ayları ərzində ölkədə 95,4 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,4 təşkil edib. Doğulanların 53,6%-ni oğlanlar, 46,4%-ni qızlar təşkil edir.

Bu ilin əvvəlindən Azərbaycanda 32,7 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm əmsalı 6,1-dən 6,0-a qədər azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR