Azərbaycan ərazisində hava şəraiti dəyişəcək, temperatur düşəcək - VİDEO

Azərbaycan ərazisində hava şəraiti dəyişəcək, temperatur düşəcək - <span style="color: red;">VİDEO
# 15 sentyabr 2014 10:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Sabah axşamdan ölkə ərazisində hava şəraiti dəyişəcək, havanın temperaturu bu günlərlə müqayisədə aşağı düşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, Bakı və Abşeron yarımadasında sentyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluğunun artacağı gözlənilir. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclnəcək.

Havanın temperaturunun Abşeronda gecə 18-23, gündüz 26-31 dərəcə isti, Bakıda gecə 19-21, gündüz 27-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 16-da əsasən yağmursuz, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi günün ikinci yarısında ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 18-23, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza gəlincə, sentyabrı 16-sı axşamdan sentyabrın 18-i gündüzədək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli dəyişməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR