Azərbaycan ərazisində isti və yağmursuz hava davam edəcək

Azərbaycan ərazisində isti və yağmursuz hava davam edəcək
# 30 avqust 2013 11:40 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 19-24, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.


Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 31-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Avqustun 30-dan sentyabrın 1-dək respublika ərazisində isti, bəzən çox isti və əsasən yağmursuz hava şəraiti davam edəcək. Temperatur rejimi bütün kənd təsərrüfatı bitkilərinin inkişafına müsbət təsir göstərəcək. Lakin bir çox rayonlarda əkinlərin suvarmaya ehtiyacı saxlanılacaq. Ümumiyyətlə, gözlənilən hava şəraiti bir çox rayonlarda bağlarda meyvələrin və bostanlarda tərəvəzin, üzüm bağlarında isə süfrə üzümünün yığımında, çoxillik otların biçini və aqrotexniki işlərin aparılması üçün əlverişli olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR