Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 7-10, gündüz 11-14 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında noyabrın 14-də arabir yağış yağacağı, ayrı-ayrı rayonlarda intensiv olacağı, dağlıq ərazilərdə yağıntıların qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 7-10, gündüz 11-15, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.
Noyabrın 14-ü axşam və 15-i xəzri küləyinin yenidən güclənməsi gözlənilir. Havanın temperaturu iqlim normasına yaxın olacaq.