Azərbaycan prezidenti Mingəçevir Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayırıb

Azərbaycan prezidenti Mingəçevir Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayırıb
# 25 fevral 2015 15:54 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev “Mingəçevir şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsinə və kommunal texnikanın alınmasına dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

APA-nIn xəbərinə görə, sərəncama əsasən Mingəçevir şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin daha da sürətləndirilməsi və kommunal texnikanın alınması məqsədilə Mingəçevir Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 10,0 (on) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR