Azərbaycan şagirdləri ABŞ-da keçirilən Beynəlxalq Davamlı Dünya layihə olimpiadasında qızıl medal qazanıblar

Azərbaycan şagirdləri ABŞ-da keçirilən Beynəlxalq Davamlı Dünya layihə olimpiadasında qızıl medal qazanıblar
# 14 may 2015 15:19 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. ABŞ-ın Hyuston şəhərində 70-ə yaxın ölkənin və Amerikanın 48 ştatının iştirakı ilə Beynəlxalq Davamlı Dünya (Enerji, Mühəndislik və Ətraf Mühit) layihə olimpiadası keçirilib.

 

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Bakı Avropa Liseyinin şagirdləri Fərrux Rəhmətzadə, Ayan Hacıbəyli və Fuad Abdulzadənin “Nanohissəciklərin bitkilərdə sorulması, hərəkəti və toplanması: nanofitotoksikologiya” mövzusunda elmi layihəsi olimpiadaya “Ətraf mühitin idarə edilməsi və çirklənmə" üzrə təqdim olunmuş 427 layihə içərisində qalib gələrək qızıl medala layiq görülüb. 

 

Qeyd edək ki, bu layihə Bakı Avropa Liseyinin biologiya müəllimi Olqa Hümbətovanın iştirakı, Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laboratoriyasının professoru Məhəmmədəli Ramazanov, eləcə də dosent İsmət Əhmədovun rəhbərliyi və dəstəyi ilə yerinə yetirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR