Azərbaycan və Türkiyə arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq

Azərbaycan və Türkiyə arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq
# 20 may 2016 19:09 (UTC +04:00)

Bakı-APA. Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış Sazişi təsdiq edib.

APA-nın məlumatına görə, dövlət başçısı həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında" 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış Protokolu təsdiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR