Azərbaycanda aliment verməkdən boyun qaçıranlara qarşı cəzalar sərtləşdirilib - YENİLƏNİB

Azərbaycanda aliment verməkdən boyun qaçıranlara qarşı cəzalar sərtləşdirilib - <span style="color: red;">YENİLƏNİB
# 18 mart 2013 10:52 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. Azərbaycanda alimentdən boyun qaçıranlar və əmək qabiliyyəti olan, işləyən övladlar tərəfindən əmək qabiliyyəti olmayan valideynlərin saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş vəsaiti ödəməkdən qərəzli olaraq yayınanlar ilə bağlı cəzalar sərtləşdirilib.

APA-nın məlumatına görə, parlamentin ötən iclaslarından birində bununla bağlı “İcra haqqında” qanuna və Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər qəbul edilib.

Dəyişikliklərə əsasən, bu hal Məcəllədəki mövcud 176-cı maddədən çıxarılaraq, 306-cı maddə tətbiq olunur. Layihəyə əsasən, əmək qabiliyyəti olan və işləyən valideynlər tərəfindən yetkinlik yaşına çatmayan uşağın (uşaqların), habelə yetkinlik yaşına çatmış, lakin əmək qabiliyyəti olmayan övladların saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş vəsaiti ödəməkdən qərəzli olaraq boyun qaçıranların 250 manatda 500 manata qədər cərimə, yaxud 220 saatdan 300 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulur.

Eyni zamanda əmək qabiliyyəti olan və işləyən övlad (övladlar) tərəfindən əmək qabiliyyəti olmayan valideynlərin saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş vəsaiti ödəməkdən qərəzli olaraq boyun qaçıranlar isə 700 manatadək miqdarda cərimə və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, bundan əvvəl Cinayət Məcəlləsinin 176-cı maddəsinə əsasən uşaqlara və valideynlərə kömək göstərməkdən qərəzli boyun qaçırma 100 manatdan 500 manatadək miqdarda cərimə, və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı.

Eyni zamanda qüvvədə olan eyni maddəyə əsasən əmək qabiliyyəti olan və işləyən övlad (övladlar) tərəfindən əmək qabiliyyəti olmayan valideynlərin saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş vəsaiti ödəməkdən qərəzli olaraq boyun qaçırma 500 manatadək miqdarda cərimə və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR