Azərbaycanda demoqrafiyanın inkişafı sahəsində Dövlət Proqramı hazırlanıb

Azərbaycanda demoqrafiyanın inkişafı sahəsində Dövlət Proqramı hazırlanıb
# 01 iyul 2014 11:54 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan “Azərbaycan Respublikasında əhali sakinliyinin və demoqrafiyanın inkişafı sahəsində Dövlət Proqramı”nın layihəsi Nazirliyin rəsmi www.mlspp.gov.az saytında yerləşdirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, saytın “Qanunvericilik” bölümündəki “Qanunvericilik layihələri” alt bölümündə layihə ilə tanış olmaq olar.

Layihə Azərbaycan prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsaslanaraq hazırlanıb. Layihədə ölkədə mövcud demoqrafik proseslərin təhlili əsasında bu sahənin 2025-ci ilədək dövr üçün inkişaf istiqamətləri, həyata keçiriləcək zəruri tədbirlər müəyyən olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR