Azərbaycanda doğum haqqında şəhadətnamənin verilməsi elektronlaşdırılır

Azərbaycanda doğum haqqında şəhadətnamənin verilməsi elektronlaşdırılır
# 11 mart 2013 10:31 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyinin 2015-ci ilə qədər nəzərdə tutulan tədbirlər planında “Elektron resept” sisteminin tətbiqi planlaşdırılır. APA-nın xəbərinə görə, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə deyib ki, bu sisteminin tətbiqi həm elektron səhiyyənin inkişafına, həm də ölkədə qeyri-qanuni satılan dərman preparatlarının satışdan çıxarılmasına yönəlib: “Lakin bu sistemin yaradılması o qədər də asan məsələ deyil. Bu işdə xəstəxanaların, apteklərin, sığorta şirkətlərinin və xəstələrin rolunu nəzərə almaq lazımdır. Bunların hamısının bir sistemdə cəmləşdirilməsi və komplektləşdirilməsi isə müəyyən qədər vaxt tələb edən sistemdir. Hazırda elektron resept sistemi ilə əlaqədar araşdırmalar aparılır və yalnız müəyyən nəticələr əldə edildikdən sonra konkret addımlar atılacaq”.

C. Əsədzadə qeyd edib ki, 2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində Nazirlər Kabineti tərəfindən Səhiyyə Nazirliyinə aid edilən 38 elektron xidmət növündən 25-nin hazırlanaraq mərhələ-mərhələ vətəndaşların ixtiyarına verilməsi nəzərdə tutulub. Hazırda ambulator xidmət göstərən tibb müəssisələrindən həkimlərin evə çağırışı və həkim qəbuluna elektron yazılma xidmətinin hazırlıq prosesi yekun mərhələdədir. Həmçinin tibbi arayışların və ümumi reyestrdən doğum haqqında şəhadətnamənin verilməsi kimi tibbi xidmətlər də elektronlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR