Azərbaycanda ekoloji qanunvericiliyin pozulması ilə bağlı növbəti araşdırma aparılıb

Azərbaycanda ekoloji qanunvericiliyin pozulması ilə bağlı növbəti araşdırma aparılıb
# 20 may 2015 08:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 1-15 may tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının atılması sahəsində yol verilmiş qanun pozuntularına görə 138 akt və protokol tərtib edilib, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 71 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə 28 iş üzrə 52450 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 5 iş üzrə 526.63 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 208 iş üzrə 30558.19 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 15, icra qurumlarına isə 4 iş göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR