Azərbaycanda ən yaşlı seçicinin adı və yaşı açıqlanıb

Azərbaycanda ən yaşlı seçicinin adı və yaşı açıqlanıb
# 27 may 2015 13:56 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) Azərbaycan üzrə seçicilərin daimi siyahısının tərtibinə dair keçirilən iclasında MSK sədri Məzahir Pənahov söyləyib.

Onun sözlərinə görə, yaş qrupları üzrə ən çox seçici 27-35 və 46-55 yaş qruplarındadır. Müvafiq olaraq bu seçici qruplarında 1 milyon 59 min 738 nəfər və 1 milyon 39 min 868 nəfər seçici var. M. Pənahov bildirib ki, ölkədə yaşı 100 yaş və yuxarı olan 701 nəfər (0,01%) seçici var. Ən yaşlı seçici Zərdab rayon sakini, 1888-ci ildə anadan olmuş 127 yaşlı Bayramova Süfü Mikayıl qızıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR