Azərbaycanda hava şəraiti yenidən pisləşəcək, temperatur 5-10 dərəcə düşəcək - VİDEO

Azərbaycanda hava şəraiti yenidən pisləşəcək, temperatur 5-10 dərəcə düşəcək - <span style="color: red;">VİDEO
# 22 sentyabr 2014 12:04 (UTC +04:00)

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

Belə ki, Bakı və Abşeron yarımadasında sentyabrın 23-ü axşamdan başlayaraq 24-ü gündüzədək cənub-qərb küləyinin güclənəcəyi, 24-də axsama doğru şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Sentyabrın 25-i gündüzədək güclü küləkli hava davam edəcək. Şimal-qərb küləyinin bu müddət ərzində arabir güclənəcəyi gözlənilir.

Sentyabrın 25-də yağış yağacağı ehtimal olunur. Sentyabrın 24-də havanın temperaturu 28-33 dərəcəyə yüksələcək. Sentyabrın 25-də isə temperatur 5-10 dərəcə enərək gündüz saatlarında 20-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 23-də gecəyə doğru bəzi rayonlarda cənub-qərb və qərb küləyinin güclənəcəyi, 24-ü gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı, 25-i gündüzədək güclü küləkli hava şəraitinin davam edəcəyi proqnozlaşdırılır. Bəzi Kür vadisi rayonlarında, eyni zamanda, Böyük və Kiçik Qafqazın ayrı-ayrı ərazilərində küləyin ani maksimal sürətinin daha da güclənəcəyi ehtimal olunur.

Sentyabrın 24-ü axşamdan 26-sı gündüzədək şimşək çaxacağı, yağış yağacağı, bəzi rayonlarda intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda yağışın daha da güclü olacağı gözlənilir. Bəzi Qərb rayonlarında dolu düşəcəyi ehtimalı var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR