Azərbaycanda hava şəraitinin dəyişəcəyi haqqında ilkin xəbərdarlıq yayılıb

Azərbaycanda hava şəraitinin dəyişəcəyi haqqında ilkin xəbərdarlıq yayılıb
# 15 sentyabr 2014 11:15 (UTC +04:00)

Bakı. Könül Kamilqlızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi haqqında ilkin xəbərdarlıq yayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, sentyabrın 16-dan 17-nə keçən gecədən respublikanın şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, qeyri-sabit hava şəraitinin ikinci ongünlüyün sonunadək davam edəcəyi, şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Şimal-qərb rayonlarında dolu düşəcəyi ehtimal olunur.


Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı düşəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Qeyd olunub ki, hava şəraitinin gedişindən asılı olaraq bir daha dəqiqləşdirilmiş məlumat təqdim olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR