Azərbaycanda həkim mütəxəssislərin rezidenturaya qəbulu üçün ayrılan plan yerlərinin sayı açıqlanıb

Azərbaycanda həkim mütəxəssislərin rezidenturaya qəbulu üçün ayrılan plan yerlərinin sayı açıqlanıb
# 27 avqust 2013 14:12 (UTC +04:00)

Səhiyyə Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu il rezidentura təhsili almaq istəyənlər üçün 40 ixtisas üzrə 508 plan yeri ayrılıb. Rezidentura təhsilinin təşkili üçün isə 37 baza tibb müəssisəsi müəyyənləşdirilib. Qəbul planı artıq TQDK-ya təqdim edilib.

Qeyd edək ki, 2013/2014-cü tədris ili üçün rezidenturaya qəbul olmaq üçün 1297 nəfər sənəd verib. Rezidenturaya qəbul imtahanın birinci mərhələsi sentyabrın 9-da, ikinci mərhələsi isə 10-da keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR