Azərbaycanda ilk dəfə həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə imtahan keçirilib - YENİLƏNİB

Azərbaycanda ilk dəfə həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə imtahan keçirilib - <span style="color: red;">YENİLƏNİB
# 28 mart 2013 09:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycanda ilk dəfə olaraq həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə imtahan keçirilib. APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasında təşkil olunan qəbul imtahanında iştirak etmək üçün həkimlərin sənədlərinin qəbulu fevralın 18-dən martın 19-dək aparılıb. Bir ay ərzində 2000-dən çox vakant yerdən yalnız 100-nə 150 nəfər sənəd verib.

Azərbaycanda ilk dəfə olaraq keçirilən həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə imtahan 2 gün təşkil olunacaq. İlk imtahan bu gün, digər isə aprelin 2-də keçiriləcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli jurnalistlərə açıqlamasında deyib ki, bu gün keçirilən ilk imtahanda 100 vakansiya uğrunda 27 ixtisas üzrə 110 nəfər namizəd mübariz aparıb. Onun sözlərinə görə, digər namizədlər isə aprelin 2-də keçirilən imtahanda iştirak edəcək: “İmtahanda iştirak etmək üçün ən çox sənəd verilən ixtisaslar arasında pediatriya üstünlük təşkil edib. İşə qəbul olmaq istəyən namizədlərin çoxu Bakı şəhərində işləmək istəyir. Birinci mərhələdə test imtahanı zamanı namizədlər ümumilikdə 50 suala cavab verəcəklər ki, bunun da 40-ı sırf ixtisasla, 10-u isə müvafiq qanunvericiliklə bağlı olacaq. Bu gün keçirilən imtahanın nəticələri yaxın saatlarda açıqlanacaq. Test imtahanında uğur qazanacaq namizədlər müsahibə mərhələsinə buraxılacaqlar. Zamanla yeni vakansiyalar yarandıqca isə hər bir aydan bir imtahanların keçirilməsi planlaşdırılır. Belə ki, hər ay ərzində sənədlər toplanacaq və ayda bir dəfə imtahanlar keçiriləcək”.

Qeyd edək ki, bu ildən etibarən “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Səhiyyə Nazirliyi Kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.

***

saat 10.02

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycanda ilk dəfə olaraq həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə imtahan keçirilir.

APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasında təşkil olunan qəbul imtahanında iştirak etmək üçün həkimlərin sənədlərinin qəbulu fevralın 18-dən martın 19-dək aparılıb: “Bir ay ərzində 2000-dən çox vakant yerdən yalnız 100-nə 150 nəfər sənəd verib. Azərbaycanda ilk dəfə olaraq keçirilən həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə imtahan 2 gün təşkil olunacaq. İlk imtahan bu gün, digər isə aprelin 2-də keçiriləcək”.

Bu gün keçirilən imtahanın nəticələri sabah açıqlanacaq. Birinci mərhələdə test imtahanı zamanı namizədlər ümumilikdə 50 suala cavab verəcəklər ki, bunun 40-ı sırf ixtisasla, 10-u isə müvafiq qanunvericiliklə bağlı olacaq. İmtahanın nəticəsi qısa müddət ərzində açıqlanacaq. Test imtahanında uğur qazanacaq namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR