Azərbaycanda ilk dəfə torpağın keyfiyyətini müəyyənləşdirmək üçün dövlət standartları təsdiqlənib

Azərbaycanda ilk dəfə torpağın keyfiyyətini müəyyənləşdirmək üçün dövlət standartları təsdiqlənib
# 31 avqust 2015 16:36 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Standartlaşdırma, Metroloiya və Patent üzrə Dövlət Komitəsi AZS 834-5-2015 (ISO 10381-5-2005) “Torpağın keyfiyyəti - Nümunə götürmə. Hissə 5: Torpağın çirklənməsi ilə əlaqədar olaraq şəhər və sənaye sahələrinin tədqiqatına dair prosedurlar haqqında təlimat” dövlət standartını təsdiq edib.

APA-nın məlumatına görə, bu standart Azərbaycanda ilk dəfə tətbiq edilir.

Bu standartda torpaq çirklənməsinin mövcud olduğunun və ya torpaq çirklənməsinin mövcudluğuna dair şübhə olan zaman şəhər və sənaye sahələrinin tədqiqinə aid olan prosedurlar haqqında təlimatlar verilir. Ərazinin çirklənmə statusunu müəyyən etməyə ehtiyac olduqda və ya digər məqsədlər üçün torpağın keyfiyyətini müəyyən etmə zamanı bu, uyğundur. Köhnə şəhər və sənaye sahələrini müəyyən etmək vacibdir, orada binalar, sökülməsini və ya bərpa olunmasını gözləyən sənaye qurğuları ola bilər. Dağıdılmamışdan qabaq bu binaların tədqiq edilməməsi işçilərin təhlükəsizliyini risk altına qoya və ya çirklənmənin ərazidə yayılmasına səbəb ola bilər. Nəzərə alınmalıdır ki, bir çox hallarda torpaq, qrunt suları və torpaq qazının çirklənməsi ilə səth suları arasında yaxın əlaqə olur.

Yeni yaşayış yerlərinin inşası üçün ərazi ayrılmamışdan qabaq tədqiqi ərazini tarixini və çirkləndiricilərin mövcudluğunu, ərazinin hüdudları daxilində çirkləndiricilərin təbiətini, həcmini və yayılmasını, səth və qrunt sularını daxil etməklə ərazinin hüdudlarından kənarda olan çirkləndiricilərin miqrasiyası üçün potensialı, ictimai sağlamlığa və mühitə dəyən zərərlərin təhlükəsizliyini. təklif edilmiş inkişaf (insan və ətraf mühitə dəyən risklər) və lazım olan tədbirlər ilə ziddiyyətləri müəyyən etmək və tədbirlər üçün nəticələr, tövsiyələr və büdcə ilə birlikdə tam hesabatın hazırlanmasını asanlaşdırmaq üçün məlumatın toplanması məqsədləri ilə aparıla bilər. İlkin tədqiqat nəzəri tədqiqatdan və ərazi ilə tanışlıqdan (nəzarət, sahənin yoxlanması) ibarətdir. Yerli torpaq xüsusiyyətləri, geologiya, torpaqşünaslıq, hidrogeologiya və ətraf mühitə dair verilənlər barədə olan məlumat ilə birlikdə ərazinin indiki və keçmiş istifadəsinə dair məlumat əldə etmək üçün tarixi qeydlərdən və digər mənbələrdən istifadə etməklə icra edilir.

Ərazinin geologiyası və torpaqşünaslığa və mümkün qədər hidroloji və hidrogeologiya vəziyyətinə dair məlumat toplanmalıdır. Toplanmış məlumatlara gözlənilən torpaq profili (təbii və antropogen), torpağın təbiəti və layın dərinliyi, qrunt suyunun dərinliyi və mövsümü dəyişmə, yerli və regional miqyasda qrunt sularının şaquli və üfüqi axın istiqaməti və zamanla dəyişmə, drenaj nümunələri və səth sularının axını, hətta əgər onlar hal-hazırda dolmuşdursa və qrunt sularının davamlılığı, qrunt suları bulaqlarının, quyuların və digər çıxış nöqtələrinin və hər hansı qrunt suyu, qrunt qazına nəzarət qurğularının mövcudluğu, yerli torpaq quruluşu və ya profili ilə əlaqədar olaraq çirkləndiricinin xüsusiyyətləri (misal üçün, torpaqda olan çürüntü çirkləndiricili üzvü tərkib hissələri tərəfindən udula bilər) daxil edilməlidir.

Dövlət Komitəsi AZS 834-6-2015 (ISO 10381-6-2009) “Torpağın keyfiyyəti - Nümunə götürmə.Hissə 6 - Laboratoriyada mikrobioloji proseslərin, biokütlənin və müxtəlifliyin təhlili məqsədi ilə aerob şəraitdə torpaq nümunələrinin yığılması, işlənməsi və saxlanılması üzrə tövsiyələr” dövlət standartını da təsdiq edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR