Azərbaycanda minadan zərərçəkənlərə və onların ailə üzvlərinə təlimlər keçirilib

Azərbaycanda minadan zərərçəkənlərə və onların ailə üzvlərinə təlimlər keçirilib
# 08 avqust 2013 16:55 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda minadan zərərçəkənlərə və onların ailə üzvlərinə təlimlər keçirilib.

Azərbaycanda Minadan Zərərçəkənlər Assosiasiyasının (AMZA) rəhbəri Rey Kərimoğlunun APA-ya verdiyi məlumata görə, AMZA-nın həyata keçirdiyi “Tərtərdə minadan zərərçəkənlərə və onların ailə üzvlərinə peşə bacarıqları aşılamaq üçün təlimlərin keçilməsi” layihəsi başa çatıb.

Onun sözlərinə görə, AMZA tərəfindən Tərtər rayonunda yaşayan mina qurbanlarına və onların ailə üzvlərinə tingçilik və arıçılıq peşələrini aşılamaq üçün başlanan təlimlər artıq başa çatıb. Bununla bağlı Tərtər şəhərində geniş tədbir keçirilib.

Məşğələləri hər iki sahə üzrə kifayət qədər nəzəri və praktik biliyi olan mütəxəssislər aparıblar. Nəzəri məşğələlər Beynəlxalq Avrasiya Mətbuat Fondunun Tərtərdəki regional Peşə və Təlim Mərkəzində, praktik məşğələləri isə Tərtər regional Peşə və Təlim Mərkəzinin Kooperativ Təsərrüfatında reallaşdırılıb.

Tədbirdə təlimləri uğurla başa vuranlara sertifikatlar verilib. Layihə çərçivəsində hazırlanmış “Arıçılığın inkişafı” və “Tinkçiliyin inkişafı” adlı təlim vəsaiti, layihənin məqsəd və vəzifələrindən bəhs edən buklet iştirakçılara paylanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR