Azərbaycanda Mürəbbə Festivalı keçiriləcək

Azərbaycanda Mürəbbə Festivalı keçiriləcək
# 23 avqust 2013 16:23 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Avqustun 24-25-də Qəbələ rayonunda mürəbbə festivalı keçiriləcək.

APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin və Qəbələ rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ilk dəfə keçiriləcək festival Qəbələ şəhərindəki “Qafqaz Resorte” otelinin qarşısında olacaq. Festivalla bağlı 7 nəfərdən ibarət təşkilat komitəsi yaradılıb. Təşkilat Komitəsinin təkliflərinə əsasən, 11 nəfərdən ibarət münsiflər heyətinin üzvləri qiymətləndirmədə iştirak edəcək. Münsiflər heyətinin tərkibinə bu sahə üzrə ixtisaslaşan mütəxəssislər və digər ekspertlər daxildir.

Festivalda Şəki, Balakən, Qax, İsmayıllı, Ağdaş, Göyçay, Ucar, Zərdab, Yevlax, Oğuz və Qəbələ rayonlarından yarışda iştirak etmək üçün 12 çeşiddə mürəbbə hazırlayan 12 nəfər, habelə həmin şəhər və rayonların bədii kollektivləri, xalq tətbiqi sənəti ustaları iştirak edəcəklər.

Qaydalara əsasən, hər iştirakçı 1 mürəbbə növü ilə yarışa qatıla bilər. Yarışlar bitdikdən sonra mürəbbələrin satışı üçün şərait yaradılacaq. Festival çərçivəsində xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi-yarmarkalar, həmçinin Bakı, Qəbələ və respublikanın digər bölgələrinin bədii kollektivlərinin çıxışları təşkil ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR