Azərbaycanda muzdla çalışanların orta aylıq əmək haqları 7% artıb

Azərbaycanda muzdla çalışanların orta aylıq əmək haqları 7% artıb
# 06 avqust 2013 14:48 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu il iyulun 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 490,3 min nəfər olub və onlardan 891,8 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 598,5 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, muzdla işləyənlərin 22,5%-i təhsildə, 18,6%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,7%-i sənayedə, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,3%-i tikintidə, 4,9%-i nəqliyyat və anbar təsərrüfatında, 3,5%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8%-i informasiya və rabitə sahəsində və 17%-i iqtisadiyyatın digər sahələrində məşğul olub.

Cari ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 410,8 manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,8% çoxdur. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR