Azərbaycanda Nizami Gəncəvi adına Qızıl medal təsis edilib - FOTO

Azərbaycanda Nizami Gəncəvi adına Qızıl medal təsis edilib - <span style="color: red;">FOTO
# 01 iyul 2014 13:15 (UTC +04:00)

APA-nın məlumatına görə, dəyişikliyə əsasən, “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” təsis edilib.

“Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” haqqında Əsasnamə və medalın təsviri təsdiq edilib.

Əsasnamədə qeyd olunur ki, “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə sağlığında təltif edilirlər.

Göstərilən xidmətlərinə görə Azərbaycan Respublikasının digər orden və medalları ilə təltif edilmiş şəxslər eyni xidmətlərə görə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə təltif edilə bilməzlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR