Azərbaycanda ötən il 22 təhsil müəssisəsinə lisenziya verilib

Azərbaycanda ötən il 22 təhsil müəssisəsinə lisenziya verilib
# 16 mart 2013 09:07 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Ötən il lisenziya alınması ilə bağlı Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinə 60 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, onların 18-i özəl məktəbəqədər təhsil, 2-si ümumi təhsil müəssisəsinə lisenziya verilməsi, 8-i isə özəl ali, ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinə verilmiş lisenziyanın müddətinin artırılması ilə bağlıdır. Digər ərizə və məktublar məktəbəqədər təhsil müəssisələrinə, mühafizə xidməti və kurslarına lisenziya verilməsi barədə olub. Həmin məktublarda qaldırılmış məsələlər araşdırılıb və müəssisələrə müvafiq cavab məktubları göndərilib. Sənədləri qaydasında olmayan və ya standartların tələblərinə cavab verməyən müəssisələrə lisenziya verilməsinə imtina edilib. Lisenziya almaq üçün təsisçilərin nazirliyə təqdim etdikləri sənədlərin qeydiyyatı aparılıb. Bu müraciətlərin araşdırılması üçün Təhsil Nazirliyinin müvafiq əmrləri ilə neytral şəxslərdən ibarət ekspert qrupları yaradılıb. Ekspert qrupları həmin müəssisələrdə olub, onların maddi-texniki bazasına baxış keçirib və nəticəsinə dair arayışlar təqdim ediblər. Həmin arayışlar şöbədə araşdırıldıqdan sonra Nazirliyin Lisenziya komissiyasının müzakirəsinə çıxarılıb.

Lisenziya Komissiyasının qərarına uyğun olaraq 22 təhsil müəssisəsinə lisenziya verilməsi barədə əmr hazırlanıb. Müzakirələrin nəticəsinə dair 200 səhifədən artıq həcmdə protokol tərtib edilib, həmin müəssisələrə verilməli lisenziyalar hazırlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR