Azərbaycanda pensiyaların baza hissəsinin artımı 1,209 mln.-dan çox pensiyaçını əhatə edəcək - YENİLƏNİB II - VİDEO

Azərbaycanda pensiyaların baza hissəsinin artımı 1,209 mln.-dan çox pensiyaçını əhatə edəcək - <span style="color: red;">YENİLƏNİB II  - <span style="color: red;">VİDEO
# 28 avqust 2013 09:47 (UTC +04:00)

Bu artımdan yararlanmayan qulluq stajına görə əmək pensiyasına əlavələr alanlar (dövlət qulluqçuları, hərbi qulluqçular və s. bu kateqoriyaya aid olan pensiyaçılar) sayı isə 63 431 nəfərdir. «APA-Economics»in xəbər verdiyi kimi, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib.


Onun sözlərinə görə, pensiyanın baza hissəsini 100% alanların pensiyasının artımı 15 manat, bəzi kateqoriyalara aid olan pensiyaçılarda isə daha çox olacaq: «Pensiyanın baza hissəsini 120% həcmində alanlar (I qrup əlillər istisna olmaqla) üzrə artım 19,5 manat, pensiyanın baza hissəsini 200% həcmində alanlar üzrə isə 31,5 manat təşkil edəcək».

Sərəncama əsasən, milli qəhrəmanların ailə üzvlərinin pensiyasının baza hissəsi 30 manat artırılacaq və 200 manat təşkil edəcək. Eyni zamanda, şəhid ailəsi üzvlərinin pensiyasının baza hissəsi 27,75 manat artırılaraq 185 manata çatdırılacaq.

DSMF sədri bildirib ki, döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının, eyni zamanda döyüş əməliyyatı aparmış ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçuların pensiyasının baza hissəsi 16,5 manat artırılacaq.

«Böyük Vətən Müharibəsi (BVM) iştirakçılarının pensiyasının baza hissəsi 28,5 manat, I qrup (439 nəfər) BVM əllilərininki 37,5 manat, II qrup (574 nəfər) BVM əllilərinki 31,5 manat, III qrup (32 nəfər) BVM əllilərininki isə 28,5 manat artırılacaq. Bütün bu artımların 1 aylıq məbləği 18, 3 mln. manat təşkil edir. Beləliklə, Fond 4 ay ərzində bu sərəncamın icrası ilə bağlı 1 209 135 nəfərə əlavə olaraq 73,2 mln. manat vəsait ödəyəcək», - deyə S.Müslümov vurğulayıb.

Hərbi qulluqçular və onlara bərabər xüsusi rütbəli şəxslər üzrə pensiyaların həmin şəxslərin əmək haqlarının orta hesablama faizini artırmaqla yenidən hesablanması həyata keçiriləcək. Belə şəxslərin sayı 29 516 nəfərdir. Fondun rəhbəri qeyd edib ki, artıq bu proses başa çatmaq üzrədir: «Onların pensiyalarının aylıq artımı 943 min manat təşkil edəcək. Onların pensiyaları orta hesabla 10% artmış olacaq».

DSMF sədrinin sözlərinə görə, əmək pensiyalarının baza hissəsinin artımının maliyyələşdirilməsi üçün heç bir problem yoxdur və bu ilin sonuna kimi təxminən 73,2 mln. manat həcmində əlavə vəsait tələb olunur.

Qeyd edək ki, ötən gün prezident İlham Əliyev əmək pensiyalarının baza hissəsinin artırılması haqqında sərəncam imzalayıb. Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2013-cü il sentyabrın 1-dən 100 manat müəyyən edilib. Dövlət Sosial Müdafiə Fonduna Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin sərəncama uyğun olaraq artırılaraq yenidən hesablanması tapşırılıb. Hazırda isə əmək pensiyalarının baza hissəsi 85 manat təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR