Məktəbli formalarının keyfiyyəti ilə bağlı monitorinqlərə başlanıb

Məktəbli formalarının keyfiyyəti ilə bağlı monitorinqlərə başlanıb
# 14 iyul 2014 11:23 (UTC +04:00)

SMPDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, monitorinqlərdə məqsəd satış mərkəzlərində saxta əmtəə nişanlı, keyfiyyətsiz, normativ sənədlərlə təmin edilməyən, uyğunluq sertifikatı olmayan məktəbli formalarının satışını aşkar etməklə bunun qarşısını almaqdır.

Qeyd edək ki, məktəbli formaları Azərbaycana qüvvədə olan dövlətlərarası standart (QOST 25294-2003 "Məktəb yaşlı oğlan və qızlar üçün üst geyimləri" standartı) əsasında müəssisələr tərəfindən hazırlanıb və dövlət qeydiyyatına alınmış texniki şərtlərin tələbləri əsasında istehsal edilir. Texniki şərtlərdə məhsulun keyfiyyətinə olan məcburi tələblər, şagirdlər üçün dəstlərin xarici görünüşü və modelin təsviri əks olunmalıdır. Məhsulların laboratoriya sınaqları aparıldıqdan sonra normativ sənədlərin tələblərinə uyğunluğu təsdiq edilməli və komitə tərəfindən akkreditasiya olunmuş sertifikatlaşdırma orqanı tərəfindən sertifikatlaşdırılmalıdır.

Məktəbli geyimlərinin tərkibi, təhlükəsizliyi və digər parametrləri üzrə QOST 25294-2003 "Məktəb yaşlı oğlan və qızlar üçün üst geyimləri" standartı əsasında Komitənin Təcrübə-Sınaq Mərkəzində (AzTEST) sınaqlar aparılacaq. Sınaqların nəticələrinə uyğun olaraq məktəbli formalarını istehsal edə bilən müəssisələr barədə daha ətraflı məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR