Azərbaycanda şəkərli diabet xəstəsi olan uşaqların müalicəsi üçün yeni layihəyə start verilir

Azərbaycanda şəkərli diabet xəstəsi olan uşaqların müalicəsi üçün yeni layihəyə start verilir
# 11 iyul 2014 14:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyi Azərbaycanda şəkərli diabet xəstəsi olan uşaqların müalicəsi üçün Almaniyanın “Medical Equipment Diabetes Care” (İME-DC) şirkəti ilə yeni layihəyə start verir. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlama verən şirkətinin beynəlxalq satış üzrə direktoru Maksim Andrianov bildirib ki, Səhiyyə Nazirliyinin dəstəyi ilə birgə keçirilən layihəyə əsasən Azərbaycanda ilk dəfə olaraq şəkərli diabetdən əziyyət çəkən uşaqlar üçün insulinin vurulmasında xüsusi cihazlardan - pompalardan istifadə olunacaq.

Direktor qeyd edib ki, dünyada şəkərli diabet xəstəliyini nəzarət altına almağa imkan verən müxtəlif metodlar tətbiq edilir. Bu metodlar sayəsində həmin xəstələrin sağlam həyat tərzi sürə bildiyini deyən M. Andrianovun sözlərinə görə, həmin metodlardan biri şəkərli diabet xəstələrə pompa insulinin yeridilməsidir: “Şəkərli diabet tam sağalmayan xəstəlikdir. Amma onun qarşısını müəyyən müddətdə almaq mümkündür. Səhiyyə Nazirliyi də ölkədə şəkərli diabetdən əziyyət çəkən uşaqlara xüsusi diqqət yetirir. Azərbaycanda şəkərli diabet xəstəsi olan uşaqların müalicəsi ilə bağlı unikal layihəyə start verilib. Layihənin unikallığı onun uşaqlar üçün həyata keçirilməsində, pompaların uşaqlar üçün pulsuz tətbiq edilməsindədir. Layihə çərçivəsində 18 yaşadək olan uşaqlar özünənəzarət cihazları ilə təmin ediləcək. İlkin mərhələdə 90 ədəd pompa 3-18 yaş arası 90 uşaq üçün nəzərdə tutulub. Bunun adi insulinin vurulmasından bir sıra fərqli cəhətləri var. Belə ki, pompa vasitəsilə daha fizioloji olaraq insulin yeridilir. Digər insulin preparatları isə 12 saatdan 24 saata kimi təsirə malikdir və bu, stabil olaraq orqanizm tərəfindən qəbul olunur. Amma insulin pompası ilə bazal insulinin günün istənilən vaxtında vurulması, mütləq miqdarı kənardan proqramlaşdırılır. Pompada verilən proqrama əsasən insulin bədənə yeridilir. Bu da şəkəri daha düzgün kompensasiya etməyə imkan verir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR