Azərbaycanda seleksiya nailiyyətinə görə patent almaq qaydaları dəyişib

Azərbaycanda seleksiya nailiyyətinə görə patent almaq qaydaları dəyişib
# 03 iyun 2013 08:32 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycanda seleksiya nailiyyətinə görə patent almaq qaydaları dəyişib. Bu barədə APA-ya Azərbaycan Nazirlər Kabinetindən bildirilib. NK-nın qərarı ilə “Seleksiya nailiyyətlərinə patent və müəlliflik şəhadətnamələrinin verilməsi qaydaları haqqında Əsasnamə"də dəyişikliklər edilib. Dəyişikliyə əsasən, bundan sonra seleksiya nailiyyətinə görə patent almaq üçün seleksiya nailiyyəti nümunəsinin Azərbaycan Milli Genbankında saxlanmağa qəbulu haqqında arayış və genetik pasport da tələb olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR