Azərbaycanda sosial xidmətlər sisteminin təkmilləşdirilməsi üzrə yeni strategiya hazırlanır - FOTO

Azərbaycanda sosial xidmətlər sisteminin təkmilləşdirilməsi üzrə yeni strategiya hazırlanır - <span style="color: red;">FOTO
# 04 sentyabr 2014 09:55 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan üzrə Nümayəndəliyinin yeni rəhbəri Andro Şilakadze ilə tanışlıq görüşü olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Uşaq qayğı sistemində islahatlar” üzrə birgə Tədbirlər Planının icrasında, sağlamlıq imkanları məhdud uşaqların yaşadığı sosial xidmət müəssisələrinin potensialının artırılmasında və uşaqlara sosial xidmət sisteminin təkmilləşdirilməsində, “Sosial xidmət haqqında” qanunun hazırlanmasında UNİCEF-lə əməkdaşlığın əhəmiyyətini vurğulayıb: “Bu ilin iyununda ƏƏSMN ilə UNİCEF arasında imzalanan 2014-2015-ci illər üzrə birgə Fəaliyyət Planına uyğun olaraq, biz uşaqlarla bağlı sosial xidmətlər və sosial reabilitasiya sisteminin inkişafına yönələn bir sıra fəaliyyət istiqamətlərində birgə işlər aparacağıq. Bununla yanaşı, hazırda Azərbaycanda sosial xidmətlər sisteminin təkmilləşdirilməsi üzrə yeni strategiyanın hazırlanması nazirliyin gündəliyində duran məsələlərdən biridir. Hesab edirəm ki, bu strategiyanın hazırlanmasında UNİCEF tərəfindən texniki və ekspertiza dəstəyinin göstərilməsi, eləcə də sosial xidmətlərin monitorinqi və qiymətləndirilməsi sisteminin dəstəklənməsi yeni əməkdaşlıq istiqamətləri ola bilər”.

S. Müslümov eyni zamanda əlilliyi olan şəxslərlə bağlı milli qanunvericiliyin BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğunlaşdırılması ilə bağlı aparılan birgə işlərin də uğurla davam etdirilməsinin qarşıda duran vəzifələrdən olduğunu bildirib.

A. Şilakadze Azərbaycanda dövlət uşaq siyasətinin inkişafının UNİCEF-in ölkəmizlə əməkdaşlığında vacib stimul olduğunu diqqətə çatdırıb. Görüşdə gələcək əməkdaşlıq istiqamətləri, habelə uşaqlar üçün sosial xidmətlər və sosial reabilitasiya sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında formalaşdırılması sahəsində görüləcək işlər müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR