Azərbaycandan xaricdə təhsil almaq üçün sənəd verən daha 58 namizəd barədə müsbət qərar verilib

Azərbaycandan xaricdə təhsil almaq üçün sənəd verən daha 58 namizəd barədə müsbət qərar verilib
# 30 avqust 2013 11:53 (UTC +04:00)

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin tələbələr təhsilini Türkiyə (36 nəfər), Böyük Britaniya (11 nəfər), Avstraliya (3 nəfər), İtaliya (2 nəfər), Kanada (2 nəfər), Malayziya (1 nəfər), ABŞ (1 nəfər), Rusiya (1 nəfər) və Macarıstanda (1 nəfər) rezidentura (23 nəfər), bakalavriat (20 nəfər), magistratura (14 nəfər) və doktorantura (1 nəfər) səviyyələrində tibb, iqtisadiyyat, mühasibat uçotu, maliyyə, mühəndislik, nanotexnologiya, kompüter elmləri və turizm ixtisasları üzrə davam etdirəcəklər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris ilində bu günə qədər xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd verən 152 namizəd barədə müsbət qərar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR