Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
# 27 mart 2013 14:16 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-210, Kiçik Qafqazın çaylarında 50-230, Lənkəran-Astara bölgəsi çaylarında 10-70, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, martın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 15 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 258 m3/s olmaqla, ongünlük normanın 85 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 119 m3/s olmaqla, ongünlük normanın 106 faizini təşkil edir.

Martın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 2 sm, Şirvanda 1 sm, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma müşahidə olunub, Salyanda və Bankədə isə dəyişiklik qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR