Azərbaycanlı alimin adı görkəmli alimlərin ümumdünya reyestrinə daxil ediləcək

Azərbaycanlı alimin adı görkəmli alimlərin ümumdünya reyestrinə daxil ediləcək
# 11 mart 2013 13:49 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov Böyük Britaniyanın “Krallığın Direktorlar İnstitutu”nda keçiriləcək Beynəlxalq Sokrat Mərasimi - “ACHIEVEMENTS 2013”ün təqdim etdiyi “Elmdə ad” fəxri mükafatına və tituluna layiq görülüb. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, təltifetmə mərasimi aprelin 11-də keçiriləcək. A. Qəribovun adı həm də görkəmli alimlərin ümumdünya reyestrinə daxil ediləcək.

Təltifetmə zamanı A. Qəribovun rəhbərlik etdiyi kollektivin professional, elmi-tədqiqat və mədəni-maarifçilik fəaliyyəti “Avropa keyfiyyəti” beynəlxalq mükafatına da layiq görüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR