Azərbaycanlı gənclərin Türkiyənin ali məktəblərinə qəbulu keçirilir

Azərbaycanlı gənclərin Türkiyənin ali məktəblərinə qəbulu keçirilir
# 15 mart 2013 09:39 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanlı gənclərin Türkiyənin ali məktəblərinə qəbulu başlayıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqlarla İş üzrə Baş İdarəsi tərəfindən aparılacaq qəbul əsasında azərbaycanlı gənclər Türkiyə hökuməti tərəfindən verilən təqaüdlər əsasında ölkənin ali məktəblərində təhsil almaq imkanı əldə edəcəklər. Onlar Türkiyənin siyasət, beynəlxalq əlaqələr, iqtisadiyyat, media, memarlıq və digər sahələrdə təhsil ala bilərlər. Qəbul üçün sənədlərin son qəbulu 31 mart tarixində başa çatır.

Azərbaycanlı gənclər qəbul barədə ətraflı məlumatı http://www.turkiyeburslari.gov.tr/index.php/tr/haberler/294-27022013-1 rəsmi internet səhifəsindən əldə edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR