Azərbaycanlı şagirdlər Gürcüstan sərhədçilərinin işi ilə tanış olublar

Azərbaycanlı şagirdlər Gürcüstan sərhədçilərinin işi ilə tanış olublar
# 16 may 2015 16:46 (UTC +04:00)


Qardabani. Nizami Məmmədzadə - APA. Gürcüstanın Qardabani rayonundakı 3 nömrəli Qaracalar orta məktəbinin azərbaycanlı şagirdləri Qırmızı Körpü sərhəd keçid məntəqəsinin sərhədçiləri ilə görüşüblər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Sərhəd təhlükəsizlik polis departamentinin rəhbərliyi azərbaycanlı şagirdlərə "Qanun və asayişi təmin etmək" proqramı çərçivəsində sərhəd polisinin xüsusi tövsiyələr strukturu və əməliyyatları barədə ətraflı məlumat verib. Şagirdlər sərhəd məntəqəsinin silahlı mühafizəsi və nəqliyyatı haqqında, həmçinin sərhədlərin müasir texnologiyalarla qorunması barədə ətraflı məlumatlandırılıb.

Sonda şagirdlər sərhədçilərin fəaliyyəti və sərhəd təhlükəsizliyi ilə əyani olaraq tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR